“İdman Azərbaycan” kanalına yeni rəhbər təyin olunub.
Heftelik.az-ın Konkret.az-a istinadən verdiyi məlumata görə, kanala bundan sonra rejissor Zaur Zeynal rəhbərlik edəcək.
“Mədəniyyət” kanalının rejissoru işləyən Z.Zeynal daha çox şou-biznes sahəsində tanınır.
Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin edilmişdi.