Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

Toy karvanında qatılan “VAZ-21015” markalı minik avtomobili bəyin olduğu avtomobillə toqquşub.

Qəza nəticəsində  ağır bədən xəsarətləri alan 73 yaşlı Əzizağa Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hıkimlərin səyinə baxmayaraq, Əzizağa Xudiyev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.