Hizbullah Hərəkatının pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyi İsrailin şimalındakı Binyamin rayonunda hərbi hissədə əsas hədəfi İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi olub.

Heftelik.az-ın  Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İsrail yaralılar arasında Herzi Halevinin olib-olmadığı barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İsrail tərəfinin rəsmi açıqlamasına görə, PUA ilə hərbi hissənin yeməkxanasına endirilən zərbə nəticəsində 4-ü çox ağır, 5-i ağır, 14-ü orta ağır olmaqla, 67 hərbçi yaralanıb.

***

saat 22.59

Hizbullah Hərəkatının İsrailin şimalında  Binyamin rayonunda hərbi hissəni hədəf alıb.

Heftelik.az-ın xəbərinə görə, hava hücumundan müdafiə sistemindən yayınan bir pilotsuz uçuş (PUA) ilə hərbi hissənin yeməkxanasına zərbə endirilib.

Nəticədə 4-ü çox ağır, 5-i ağır, 14-ü orta ağır olmaqla, 67 hərbçi yaralanıb.

***

saat 22.24

Hizbullah Hərəkatının İsrailin şimalında  Binyamin rayonuna pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməsi nəticəsində yaralıların sayı 67 nəfərə çatıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Yaralılardan 4-nün durumu çox ağır, 5-i ağır, 14-ü orta-ağırdır.

***

saat 22.19

Hizbullah Hərəkatının İsrailin şimalında  Binyamin rayonuna pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməsi nəticəsində yaralıların sayı 53-ə çatıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Yaralılardan 4-nün durumu çox ağır, 5-i ağırdır.

***

saat 22.09

Livandaki Hizbullah Hərəkatı İsrailin şimalına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Heftelik.az-ın “The Jerusalem Post”-a istinzdən verdiyi məlumata görə, 3 PUA-dan 1-i hava hücumundan müdafiə sistemlərindən yayınıb.

Binyamin rayonuna PUA zərbəsi nəticəsində ən azı 40 nəfər yaralanıb.

Yaralılardan 3-nün durumu çox ağır, 4-ü ağır, 14-ü orta-ağırdır.