Müğənni Afət Fərmanqızı ikinci ərindən qalmaqallı şəkildə boşanır. O, ərini polisə verdiyini də gizlətməyib.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, sənətçi əri ilə sivil qaydada ayrıla bilmədiyini və onun tərəfindən təhdid edildiyini bildirib.
“Balta Mamed” haradadır?” soruşursuz, əlində balta sülənir. Böyüyü də yoxdur. Polisə rəsmi müraciət edəcəyəm. Başqa yol qoymadı. Mədəni insanlar kimi ayrıla bilmədik. Anormal, başdan xarab, yiyəsiz alfonsla, pullu, imkanlı qadınlara yazan biri ilə başqa cür alınmır. Mən onun 3 dəfə xəyanətini tutmuşam, lazım gəlsə, yazışmaları da paylaşacam.
Harada imkanlı, pullu xanım,sənətçilər var, onlara yazıb, arxalarınca sürünür. Bunun gücü ancaq arvadlara çatır. Özünü yaxşı maskalamışdı, əvvəl başqa cür idi, mən onu yola verirdim, çox şeyi görməməzlikdən gəldim ki, ailəm dağılmasın, artıq mümkün deyil”.