Arxiv işləri bölməsinin hansı yerlərdən kənarda yerləşməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsi aşağıdakı yerlərdən kənarda yerləşməlidir:
– havanı tozla və zərərli qazlarla (xlor, sulfid qazları və azot oksidləri ilə) çirkləndirən sənaye müəssisələrindən;
– yanğın təhlükəli obyektlərdən və qurğulardan;
– ərzaq məhsullarının saxlandığı və ya kimyəvi maddələrin istifadə edildiyi istehsalat binalarından, anbarlarından və məişət obyektlərindən.