Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
saat 02.29
Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Heftelik.az-ın APA-ya istnadən verdiyi məlumata görə, ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.İbrahimov həkimlərin səyinə baxmayaraq ölüb.
***
13 oktyabr, saat 22.36
Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.
Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.
A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.
Hazırda fakt araşdırılır.