Sığortalı hamıya məlum olan, habelə sığortaçıya məlum olan və ya məlum olmalı məlumatları sığortaçıya bildirməkdən azad edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Sığortalı riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları sığortaçıya bildirmədikdə və ya yanlış məlumat verdikdə, sığortaçı dəniz sığorta müqaviləsindən imtina edə bilər. Belə halda, əgər sığortalı məlumatları bildirməməkdə və ya yanlış məlumat verməkdə təqsirinin olmadığını sübuta yetirə bilməsə, sığorta haqqı (mükafat) sığortaçıya çatır.