Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan vətəndaşda “Xəstəliklər cədvəli” ilə hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi həkim komissiyası “C” kateqoriyası üzrə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.