Fond kartoçkası Arxiv işləri bölməsində, eləcə də digər müvafiq qurumlarda mühafizə edilən hər bir arxiv fonduna birləşmiş arxiv fonduna, sənədlər kolleksiyasına tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Fond kartoçkası fond vərəqindəki (forma №-11) yazılara əsasən çap makinasında tərtib olunur. Kartoçkada birləşmiş fondun adı bütöv yazılmaqla fond təşkil edənlərin də hamısının adı göstərilir.