Funksiyaların mülayim dərəcədə pozulmaları ilə hipofizin, qalxanvari vəzin, böyrəküstü, qalxanabənzər ətraf və cinsiyyət vəzilərinin xəstəlikləri “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzinin payının (digər endokrin orqanın hissəsinin) olmaması ilə şəhadətləndirilmə, endokrin orqanın funksiyasının pozulma dərəcəsindən asılı olaraq “b” və ya “c” bəndi üzrə keçirilir.