Bağlaşma əsasında hərbi xidmət keçən və yeni bağlaşma əsasında hərbi xidmətə daxil olmaq istəyən hərbi qulluqçuların şəhadətləndirilməsi hərbi hissə komandirinin qərarına əsasən keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi qulluqçuya xəstəliyə görə məzuniyyət verilməsinin və ya onun hərbi xidmət vəzifələrinin icrasından azad edilməsinin (azad edilmə) zəruriliyi haqqında qərar “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə müvəqqəti yararsızlıq nəzərdə tutulan hallarda çıxarılır.