Hündürlükdə odlu işlər görülərkən metalın közərmiş hissəciklərinin bir-birinə bitişik yerlərə, qonşu mərtəbələrə düşməsinin qarşısını almaq üçün bütün baxış, texnoloji və digər lüklər, örtüklərdə, divarlarda və arakəsmələrdəki deşiklər yanmayan materiallarla bağlanmalıdır, elektrik qaynağı (kəsmə) zamanı uçuşan qığılcımlardan qaynaq işlərinin getdiyi hündürlükdən asılı olaraq yanğın təhlükəsizliyi üzrə normativ sənədlərə uyğun hüdudlarda təhlükəli zona alışqan maddələrdən və materiallardan təmizlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.