Liman yedəkləməsi yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsi ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Əgər yedəyə alınan gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, liman yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.