“Neftçi”nin yeni baş məşqçisi rəsmiləşib.

Heftelik.az-ın məlumatına görə, bu posta Samir Abasov təyin edilib.

“Sumqayıt” Futbol Klubunun mətbuat xidməti mütəxəssislə yollarını ayırdığını açıqlayıb.
Paylaşımda qeyd olunub ki, “Neftçi” ilə əldə olunmuş razılığa və çalışdırıcının şəxsi istəyinə əsasən, tərəflər əməkdaşlığa son verib.
Qeyd edək ki, Abasov 2022-ci ildən “Sumqayıt”ı çalışdırırdı.