Siyahının yekun qeydlərində düzəlişlər etmək və ya pozmaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Zərurət olduqda qeydiyyat sənədlərində buraxılmış texniki səhvlər barədə akt tərtib edilir (forma №-16) və onun əsasında yeni yekun qeydlər yazılır. Qeyri-qənaətbəxş tərtib edilən işlərin siyahıları yenidən işlənildikdən sonra yekun yazının ardınca :

“ Siyahı yenidən işlənilib, bax siyahı №-…..№ -№- …işlər” qeydiyyatı aparılır. Siyahı təkrar işlənildikdən sonra işlər birləşdirilmişdirsə, siyahının “Əlavələr” sütununda belə işlərin qarşısında “… №-li işlə birləşdirilmişdir” sözləri yazılır.

Yenidən işlənilmiş köhnə işlərin siyahısı çıxarılmışlar kimi qeydiyyatdan çıxarılır və onların arxiv nömrələri başqa işlərə verilir; yeni siyahının işlərinə yeni arxiv nömrələri verilir.