Süd vəzisinin və qadın cinsiyyət orqanlarının fon halları və şişönü xəstəlikləri: süd vəzisinin displaziyası, atipik hiperplaziyası, 12 və daha çox həftəlik hamiləliyə uyğun gələn ölçülərdə, qanaxma ilə müşayiət olunan, anemiyaya gətirib çıxaran uşaqlığın mioması, habelə, qan təchizatının pozulması, tezböyümə (bir ildə şişin 5 həftəlik hamiləliyə uyğun gələn ölçüyədək böyüməsi) ilə submukoz və ya subseroz düyünlərin olması; vəzi-sistoz hiperplaziya; polipoz, adenomatoz endometriya; uşaqlığın adenomiozunun xoriorezistent formaları; uşaqlıq boynunun eroziyaları və displaziyaları; servikal kanalın polipləri; funksiyaların pozulması ilə müşayiət olunan bartolin vəzisinin sistası, vulvanın kraurozu, uşaqlıq yolunun sistaları və fibromaları “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.