UEFA Millətlər Liqasının IV turunda bu gün daha 10 oyun baş tutacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxacaq.

Bu, Türkiyənin qrup liderliyində möhkəmlənməsi üçün həlledici oyun sayılır.

B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olacaq.

Maraqlı oyunlardan biri də Almaniyada keçiriləcək. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşacaq.

Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası

IV tur

14 oktyabr

A Liqası

II qrup

22:45. İtaliya – İsrail

22:45. Belçika – Fransa

Xal durumu: İtaliya – 7, Fransa – 6, Belçika – 4, İsrail – 0.

III qrup

22:45. Almaniya – Niderland

22:45. Bosniya və Herseqovina

Xal durumu: Almaniya – 7, Niderland – 5, Macarıstan – 2, Bosniya Herseqovina – 1.

B Liqası

I qrup

20:00. Gürcüstan – Albaniya

22:45. Ukrayna – Çexiya

Xal durumu: Gürcüstan – 6, Çexiya – 6, Albaniya – 3, Ukrayna – 3.

IV qrup

22:45. Uels – Monteneqro

22:45. İslandiya – Türkiyə

Xal durumu: Türkiyə – 7, Uels – 5, İslandiya – 4, Monteneqro – 0.

C Liqası

I qrup

20:00. Azərbaycan – Slovakiya

22:45. Estoniya – İsveç

Xal durumu: İsveç – 7, Slovakiya – 7, Estoniya – 3, Azərbaycan – 0.

Qeyd edək ki, Millətlər Liqasında IV tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.