Vətənin müdafiəsi, hərbi xidmət vəzifələrinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində hərbi xidmətin digər tapşırıqlarının yerinə yetirilməsi zamanı, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə dövründə, xaricdə kəşfiyyat və ya əks-kəşfiyyat işlərində olma dövründə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış, Vətənin müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi müalicənin müddətindən asılı olmayaraq, stasionar müalicə başa çatdıqdan sonra keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.