Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Heftelik.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 15-də saat 12 radələrində Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə qəza törədib.
Nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.