Qeydiyyat sənədləri arxiv sənədlərindən ayrı, qapalı otaqda, onlar üçün xüsusi ayrılmış seyflərdə, dəmir şkaflarda saxlanılır və qeydiyyata cavabdeh olan şəxsin öhdəsində olur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İş vaxtı qurtardıqdan sonra qeydiyyat sənədləri saxlanılan otaqlar, seyflər, dəmir şkaflar bağlanır, Arxiv işləri bölməsində qeydiyyata cavabdeh əməkdaşın şəxsi möhürü ilə möhürlənir.