“Bank Avrasiya” 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 11.9% azalaraq 3 milyon 483 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 952 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 8.4% azalaraq 11 milyon 193 min manat, faiz xərcləri isə 33% azalaraq 1 milyon 698 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 860 min manata ( illik müqayisədə 7.9% çox), qeyri-faiz xərcləri isə 5 milyon 996 min manata ( illik müqayisədə 3.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 4 milyon 648 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10.2% azdır.
Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.9% və ya 20.2 milyon manat artaraq 204.7 milyon manata çatıb. Cari ilin ilk 9 ayında “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 351 min manat azalaraq 136.8 milyon manata bərabər olub.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 120 milyon 412 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 15.7% və ya 16.3 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli isə cari ilin 9 ayında 37.8% və ya 18.3 milyon manat manat artaraq 66 milyon 810 manata çatıb.
2024-cü il oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.8% və ya 3 milyon 869 min manat artaraq 84 milyon 307 min manat təşkil edib.