Liman yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən liman yedəkləməsinə idarəetməni yedəkçi gəminin və ya digər üzən obyektin kapitanının üzərinə qoya bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Belə halda liman yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəkçi gəminin sahibi daşıyır.