Biləsuvarda qadın yanıq xəsarətindən ölüb.
Heftelik.azın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün rayonun 9 saylı qəsəbəsində baş verib.
Belə ki, Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə yandırdığı parça ilə ehtiyatsız davranaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdrıma aparılır.