Cəlilabadda zəlzələ oldu

15 Oktyabr 2024, 22:07

Bu gün saat 19:03-də  Cəlilabad stansiyasından 14 km şərqdə, Cəlilabad rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ episentrdə 3 bal, Cəlilabad və Biləsuvar rayonlarında 3 bala yaxın hiss olunub.