Çənlərin, boru kəmərlərinin daxilində hava mühitinin yoxlanılması üçün hava nümunəsinin hansı qaydada götürülməli olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çənlərin, boru kəmərlərinin daxilində hava mühitinin yoxlanılması üçün hava nümunəsi aşağıdakı qaydada götürülməlidir:

– neft çənlərində – çənin dibindən 0,3 m-dən çox olmayaraq və çənin yuxarı sahəsindən;

– üzən qapaqlı çənlərdə – üzən qapağın altından və üstündən;

– boru kəmərlərində – flans birləşmələri olan yerlərdən.