I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.
Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 13-cü maddəsi üzrə keçirilir.
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 13 | Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: | |||
| a) funksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
| b) funksiyaların mülayim dərəcədə pozulması ilə | C | C | C və ya B FƏRDİ | |
| c) funksiyaların cüzi dərəcədə pozulması ilə | C | C | B | |
| ç) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla | Ç | Ç | Ç | |
| d) zəif qidalanma, II dərəcəli alimentar piylənmə | A-3 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
| e) I dərəcəli alimentar piylənmə | A-2 | A | A | |
