Fondun nömrəsi vərəqdə fondların siyahısına (forma №-10) əsasən göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
“Fondun hər bir adının başlanğıc və son tarixləri” sütununda fond təşkil edənin mövcudluğunun başlanğıc və son tarixi, bu dövr ərzində sənədlərin saxlanılıb-saxlanılmamasından asılı olmayaraq bir ad altında göstərilir.
Ümumi tabeçilikləri olan orqanların fondlarının birləşdirilməsi prinsipləri əsasında birləşmiş fondlar üçün bir ad altında onların rəhbər orqanının mövcudluğunun başlanğıc və son tarixi göstərilir. Əgər fond təşkil edən öz fəaliyyətini davam etdirirsə, son tarix qoyulmur.