Hərbi toplanışa çağırılmış və hərbi toplanış keçdiyi dövrdə xəsarət almış vətəndaşın şəhadətləndirilməsi onun hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişilib-dəyişilməməsindən asılı olmayaraq keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Hərbi toplanış dövründə xəstələnmiş vətəndaşın şəhadətləndirilməsi yalnız o halda keçirilir ki, xəstəlik onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişsin, yaxud onun hərbi xidmətə yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxarsın.