Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular remissiyaya yalnız qlükokortikoid terapiyası ilə nail olunduqda “c” bəndi, yaxşı nəticə ilə splenektomiya keçirənlər “b” bəndi, aparılmış müalicənin səmərəsi olmadıqda isə “a” bəndi üzrə şəhadətləndirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
İdiopatik (immun) trombositopenik purpura epizodunu keçirmiş, “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular qlükokortikoid terapiyanın və ya splenektomiyanın yaxşı səmərəsi olduqda “ç” bəndi üzrə şəhadətləndirilirlər.