Hərbi-həkim komissiyalarına vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi, hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi, hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılmasında iştirak edilməsi və hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması həvalə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.