Tutub saxlayan sistem mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sxemdə olan işarələr:
– tutub saxlayan ip (qoruyucu qayışsız kəmər), insan bədənini əhatə etməklə ayrı-ayrı detallardan ibarətdir ki, bu detallar müəyyən hündürlükdə iş zamanı stroplarla birlikdə işçini müəyyən hündürlükdə asılı vəziyyətdə saxlayır;
– komponentlərin birləşdirilməsi üçün açılabilən qurğu, işçiyə özünü birbaşa və ya dolayı yolla asqı ilə dayağa bərkitməyə imkan verir (bundan sonra-birləşdirici element (karabin);
– anker bərkimə nöqtəsi, bu nöqtəyə anker qurğusu və ya uzun müddətə tikiliyə (binaya) bərkidilmiş struktur ankeri montaj olunduqdan sonra ona fərdi mühafizə vasitələri bağlana bilər;
– işçinin saxlanılması üçün uzunluğu tənzimləyən, dartılmış vəziyyətdə olan strop;
– 1,8 m-dən çox olan hündürlüklər fərqi.