Portuqaliya prokurorluğu Lissabonun “Benfika” futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.
Prokurorluq “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.
Qeyd edək ki, Türkiyə millisinin iki üzvü – Orkun Kökçü və Kərəm Aktürkoğlu hazırda “Benfika”-da çıxış edir.