UEFA Millətlər Liqasının IV turunda Türkiyə millisi səfərdə İslandiya ilə qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, Türkiyə 4:2 hesabı ilə qalib gələrək 10 xalla IV qrupda liderliyini davam etdirib.
Qardaş ölkənin yığmasında İrfan Can Kahveci (63), Hakan Çalhanoğlu (67 – penalti), Arda Güler (88) və Kerem Aktürkoğlu (90+5) fərqlənib. İslandiyanın qollarının müəllifləri isə Oskarsson (3) və Andri Guojohnsen (83) olub.
Bu, həm də Türkiyə yığmasının tarixində İslandiya üzərinə səfərdə ilk qələbəsidir.
Son turda – noyabrın 16-da Türkiyə doğma meydanda 8 xala ikinci pillədə qərarlaşan Uelsi məğlub edərsə, qrup lideri kimi A liqasına yüksələcək.
4-cü qrup
22:45 Uels – Monteneqro 1:0
22:45 İslandiya – Türkiyə 2:4