Vaqif Əlixanlı vəfat etdi

15 Oktyabr 2024, 12:22
Tanınmış dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib.
Heftelik.az-ın məlumatına görə, 81 yaşlı ədib ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABBA, “Lider”, hətta qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb. 2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.
Vaqif Əlixanlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanovun qardaşıdır.