Arxiv işləri bölməsində xüsusi qaydada hazırlanmış hansı otaqlar olmalı olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri bölməsində xüsusi qaydada hazırlanmış aşağıdakı otaqlar olmalıdır:

– sənədlərin qəbulu, tozunun alınması və digər emalı üçün ayrılan otaqlar;

– sənədlərin mühafizəsi üçün yararlı otaqlar (mühafizəxana);

– məlumat və qeydiyyat sənədlərinin yerləşdirilməsi üçün ayrılan otaqlar;

– əməkdaşların xidməti otaqları (iş otaqları);

– qiraət zalı.