Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarter üzrə fraxtın ödənilməsi on dörd təqvim günündən artıq gecikdirildikdə, əgər gecikdirilmə fraxtedəndən asılı olmayan hallardan irəli gəlirsə, gəmi sahibi gəmini geri ala bilməz, lakin onun fraxtedəndən gecikdirilmə nəticəsində vurulan zərərin əvəzini almaq hüququ var.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.