Diffuz toksiki zobun yüngül geri dönən formaları (yüngül nevrozabənzər əlamətlər, fiziki yükə dözümlülüyün azalması, nəbzin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin I-II dərəcəli böyüməsi zamanı əsas mübadilə artımının 30 faizdən çox olmaması) “c” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Şəkərli diabet zamanı karbohidrat mübadiləsinin kompensasiyasına daimi pəhriz müalicəsi fonunda şəkəri aşağı salan preparatların peroral qəbulu ilə yanaşı, insulin yeridilməsi ilə nail olunur.