Hər fond üzrə fond işi aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Fond işinə aşağıdakılar daxil edilir:
-fond təşkil edənin və fondun tarixi, onlar haqqında məlumatlar, fond sənədlərinin tərkibi və məzmunu barədə arayışlar;
-fond işlərinin sistemləşdirilmə sxemi;
-fond siyahılarının yenidən işlənməsi üzrə tövsiyyələr;
-sənədlərin digər fondlardan alınması və ya onlara verilməsi barədə aktlar (forma №-8);
-fond yenidən tərtib edildikdən sonra fondun köhnə vərəqləri (forma №-11);
-işlərin tapılması barədə aktlar (forma №- 14);
-sənədlərin tərkibi, siyahıların yenidən işlənilməsi haqda aktlar (forma №-15);
-qeydiyyat sənədlərində buraxılmış texniki səhvlər haqqında aktlar (forma №-16);
-sənədlərin məhv edilməsi üçün ayrılması barədə aktlar (forma №-17);
-bərpaları mümkün olmayan sənədlər, işlər barədə aktlar (forma №-18);
-tapılmayan işlərin axtarışının dayandırılması haqqında aktlar (forma №-19);
-işlərin Arxiv işləri bölməsindən götürülməsi barədə qərarlar ;
-fond işlərinin vəziyyətinin yoxlama vərəqləri (forma №-24);
-fond işlərinin vəziyyətinin yoxlanılması haqqında aktlar (forma №-25).