Həzm orqanlarının mülayim kliniki təzahürlərlə müşayiət olunan xoşxassəli yeni törəmələri, dərinin, dərialtı toxumaların, sümük oynaq sisteminin, qan və ya limfa damarlarının hərbi geyim əşyaları, ayaqqabı və ya sursat, şəxsin üzərində daşınan hərbi avadanlıqların gəzdirilməsini çətinləşdirən xoşxassəli yenitörəmələri və sidik-ifrazat orqanlarının mülayim dizurik pozulmalarla müşayiət olunan xoşxassəli yenitörəmələri “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.