Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə, oktyabrın 15-də saat 16 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda İkram Əliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi “SCANIA” markalı yük avtomobili toqquşub.

“KamAZ”ın sürücüsü aldığı xəsarətlərdən ölüb, “SCANIA”nın sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.