Tutub-saxlayan sistemin komponentləri və elementləri 15 kN-dan az olmayan statik yükə, sintetik materiallardan hazırlanmış stroplar isə 22 kN-dan az olmayan statik yükə tab gətirməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Mövqedə saxlama sistemi, işçiyə dəstəklə işləməyə imkan verir, bu zaman onun düşməsinin qarşısı alınır.

Sxemdə olan işarələr:

– bədəni saxlamaq üçün bel kəməri, bədəni bel hissəsindən əhatə edir;

–bel kəmərinin anker nöqtəsi ilə və ya konstruksiya ilə birləşdirməsi üçün istifadə olunan və onu dayaq vasitəsi kimi əhatə edən, iş yerində mövqedə saxlamaq üçün, dartılmış vəziyyətdə olan, tənzimlənən uzunluqlu strop,

– amortizatorlu strop;

– sığortalayıcı ip;

Mövqedə saxlama sisteminin bel kəməri  sığorta sisteminin tərkibinə komponent kimi daxil ola bilər.