Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa çatdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilir. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə, müvafiq tibbi göstərişlərə görə daha bir dəfə artırılır.