Nərdivandan yıxılaraq öldü

16 Oktyabr 2024, 18:37

Quba rayonunda meyvə bağında işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.

Heftelk.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 63 yaşlı Mömün Qasımov işlədiyi bağda nərdivandan yıxılıb. O ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. M.Qasımovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.