“Premium Bank”-ın 2024-cü ilin III rübündə faiz gəlirləri 1% artaraq 24,2 milyon manata, faiz xərcləri isə illik 8,5% artaraq 8,5 milyon manata çatıb.
Heftelik.az-ın bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bankın xalis faiz gəlirləri isə 16,2 milyon manatdan 15,7 milyon manata enib.
Bu ilin ilk doqquz ayında “ Premium Bank”ın qeyri-faiz gəlirləri 12,7 milyon manata olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,7% azdır. Qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib. Bununla belə, qeyri-faiz xərcləri 19% azalaraq 19,05 milyon manata enib.
Ümumilikdə, bankın əməliyyat mənfəəti isə 6,4 milyon manatdan 9,4 milyon manata kimi artıb.
Bununla belə, bank bu il 34,2 milyon manat həcmində kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 5% azalaraq 650,9 milyon manata enib. Bankın xalis kreditləri isə 0,7% azalaraq 458,8 milyon manata düşüb.
Paralel olaraq, “Premium Bank”ın depozit portfelində III rübün sonuna qədər 53,6 milyon manat azalma müşahidə edilib. Belə ki, bankın əmanət portfeli ilin əvvəlindəki 426,8 milyon manatdan 373,2 milyon manata kimi azalıb.
Ümumilikdə bankın cəmi öhdəlikləri 7% azalaraq 473,1 milyon manata enib. Bankın cəmi kapitalı isə 0,3% artaraq 177,9 milyon manat təşkil edib.