İşlərin siyahısından başqa digər bütün qeydiyyat sənədləri daxili istifadə sənədi hesab edilməklə, işdə istifadə etmək üçün yalnız xüsusi fondun əməkdaşlarına verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Regional xüsusi fond aparatları olduqda, Azərbaycan Respublikası ƏN PX-nin Arxiv işləri bölməsi respublika üzrə bütün müvafiq müəssisə və qurumlarda mühafizə edilən arxiv sənədlərinin mərkəzləşdirilmiş qeydiyyatını aparır, bu məqsədlə arxiv sənədlərinin Mərkəzi Fond Kataloqunu (MFK) tərtib edir, Arxiv işləri bölməsinin pasportlaşmasını həyata keçirir.