Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.
Heftelik.az-ın məlumatına görə, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.
***
saat 16.43
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.
Heftelik.az-ın məlumatına görə, bunu Elazığ valisi Numan Hatipoğlu bildirib.
Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda 5,9 bal gücündə baş verən zəlzələ ətraf bölgələrdədə də hiss olunub.
***
saat 12.10
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb. Zəlzələ Diyarbakır, Tunceli və Elazığda da hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə “X” hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.