Tutumu 50 000 m3 olan çənlərin istismarı zamanı nələrin vacib olduğu məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Tutumu 50 000 m3 olan çənlərin istismarı zamanı aşağıdakılar vacibdir:
– mütəmadi olaraq üzən qapağın vəziyyətinə nəzarət edilməli, neftlə çirklənməsinə yol verilməməli;
– üzən qapağın üzərində yığılmış su vaxtlı-vaxtında drenaj üsulu ilə buraxılmalı;
– üzən qapağın üzərində qar örtüyünün hündürlüyü 0,5 m-dən çox olmasına yol verilməməli;
– neftin səviyyəsi çənlərin istismarı üzrə texnoloji xəritədə nəzərdə tutulmuş səviyyədə saxlanılmalıdır.