Vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarının göndərişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamədə göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaş, xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir.