Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin 5 nəfər əməkdaşı xəsarət alıb. Onlar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 16-da saat 08:20-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 nəfər qadın cinsli, 3 nəfər kişi cinsli) hospitalizasiya olunub.

Onlardan bir nəfər 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.

2000-ci il təvəllüdlü şəxsə (kişi cinsli) əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb. 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, bazu oynağının əzilməsi diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir. 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üz nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.