Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Heftelik.az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, – o vurğulayıb.

***

saat 18.33

Azərbaycanın Livanın paytaxtı Beyrut şəhərindəki səfirliyi təxliyə edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, səfirlik təhlükəsizlik səbəbi ilə boşaldılıb.